“Gənclərin Sosial Şəbəkə Asılılığı və Real Həyatdan Uzaqlaşma Prosesi”

image-izobrazhenie_2025-08-05_130339577backend

Son 3-4 ildə yaranan sosial mediadan asılılıq bir çox gənclər üçün böyük bir problemə çevrilib. İnternetin əlçatan olması, smartfonların hər kəsin həyatına daxil olması, eləcə də sosial platformalarda sərbəst ünsiyyət imkanı gənclərin bu məkanlara yönəlməsini sürətləndirmişdir. Hazırda bir çox gənclər günlərinin əhəmiyyətli hissəsini sosial mediada keçirməkdədirlər. Bu isə həm psixoloji, həm də fiziki sağlamlıq baxımından təhlükəli nəticələrə gətirib çıxara bilər.. Gənclərdən aldığımız məlumata əsasən onlar bildirib ki, sosial media hal-hazırda əsas və önəmli yer tutur. Bəzən dərslərə qoşulmaq üşün bəzən pdf-ləri online formatda oxumaq üçün bəzən də sadəcə ünsiyyət qurmaq üçün istifadə edilir.

Araşdırmalar göstərir ki, uzun müddət ekran qarşısında vaxt keçirmək, xüsusilə də yatmazdan əvvəl telefon istifadəsi yuxu rejimini pozur, diqqət dağınıqlığına səbəb olur və akademik uğurların azalmasına yol açır.

newsbaku.az-ın gənclər arasında apardığı sorğuya  əsasən,  bildirirlər ki, sosial media hal-hazırda onların həyatında əsas və önəmli yer tutur. Bəziləri bu platformaları dərsə qoşulmaq, PDF materialları oxumaq və ya onlayn tədris resurslarına daxil olmaq üçün istifadə etdiklərini qeyd edirlər. Digərləri isə bu alətləri sadəcə ünsiyyət qurmaq, əylənmək və gündəlik həyatlarını paylaşmaq məqsədilə istifadə edirlər.

Əlbəttə bir çox gənc sosial mediadan sırf dərs üçün istifadə etmir. Bəzi hallarda yanlış məqsədlər üçün də istifadə olunur. Sosial mediadan uzaqlaşmaq üçün kitab oxumaq, avtomobil idarə etmək,sahil də musiqi dinləyərək kitab oxumaq yetərlidir. Gənclər öz iradələrinə qarşı çıxaraq sosial media asılılığından qurtula bilərlər.

Jalə Quliyeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki