Ermənistanda daşnak fəal həbs olunub

image-tvdcf8zyzwpzwugcfi5g9381u9pqhelwehsfkqea_1200backend

Ermənistanda Daşnaksütyun Partiyasının gənclər qanadının üzvü Andranik Çamiçyan iki ay müddətinə həbs edilib.

newsbaku.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı Çamiçyanın vəkili Ruben Melikyan yayıb.

Həbs qətimkan tədbiri Açapnyak inzibati rayonunun birinci instansiya məhkəməsi tərəfindən seçilib. Çamiçyan terror aktına hazırlıq ittihamı ilə təqsirləndirilir. Müdafiə tərəfi bildirir ki, ittihamın əsasında onun streykbol (təlim xarakterli hərbi-idman oyunu) həvəskarı olması dayanır.

Vəkilin sözlərinə görə, əldə edilmiş bütün əşyalar streykbol avadanlıqlarıdır və xüsusi mağazadan alınıb. Çamiçyan bu ləvazimatları nənəsinin evinə aparıb və bir neçə gün sonra götürəcəyini deyib. Gecikdiyindən nənəsi əşyaları küçəyə çıxarıb, bundan sonra yoldan keçən bir şəxs polisi çağırıb.

Xatırladaq ki, iyulun 10-da səhər saatlarında Daşnaksütyun Partiyasının bir neçə üzvünün evində axtarış aparılıb, nəticədə yeddi nəfər saxlanılaraq İstintaq Komitəsinə aparılıb. İstintaqın məlumatına görə, axtarışlar zamanı elektrodetonator və hissələri, döyüş qumbarası və alışdırıcısı, barıt, radiosiqnal cihazları və digər əşyalar aşkarlanıb. Partiyanın özü isə açıqlama yayaraq bildirib ki, qumbara döyüş üçün deyil, qalan avadanlıqlar isə streykbol oyunlarına aid ləvazimatlardır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki