Yaponiyada qasırğa xəbərdarlığı edildi

image-xmsxysxb5tszu8gj4gx2t1gxyxazmjvykdiqrbtm_1200backend

Yaponiyanın qərbindəki Vakayama prefekturasını “Peypa” qasırğası vurub. Qasırğanın güclü yağış gətirəcəyi gözlənilir ki, bu da daşqın və sürüşmə təhlükəsi yaradacaq.

newsbaku.az-ın “Sinxua” nəşrinə istinadən xəbərinə görə, bu barədə Yaponiya Meteorologiya Agentliyindən (JMA) məlumat verilib.

Məlumata görə, sentyabrın 5-də mövsümün 15-ci qasırğası yerli vaxtla saat 1 radələrində Sikoku adasındakı Koti prefekturasını vurub, sonra isə Sakit okean sahilləri boyunca şərqə doğru hərəkət edərək, yerli vaxtla saat 9 radələrində Vakayama prefekturasının şimalına çatıb.

Hazırda “Peypa” Yaponiyanın Sakit okean sahili boyunca şərqə doğru hərəkət edir və sentyabrın 5-də təxminən axşam saatlarında Kinki, Tokay, Kanto-Kosin və Toxoku bölgələrinə çatacağı gözlənilir.

JMA-nın məlumatına görə, 24 saat ərzində sentyabrın 6-sı səhərə qədər Tokio da daxil olmaqla, Kanto-Kosin bölgəsində 300 millimetrə qədər, Tokay bölgəsində 250 millimetrə, Kinki bölgəsində isə 150 millimetrə qədər yağış yağacağı gözlənilir.

Toxokunun şimal-şərq və Kinkinin qərb hissələri də daxil olmaqla, geniş ərazilərə yağan güclü yağışlar səbəbi ilə meteoroloqlar sürüşmələr, alçaq ərazilərdə daşqınlar və çayların daşması ilə bağlı ehtiyatlı olmağa çağırıblar.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki