Tovuzda avtomobil AŞDI: Bir ailənin dörd üzvü xəsarət aldı

image-car_crash_241219backend

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 31-i, saat 17:00-da Tovuz rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə dörd nəfər (üç kişi, bir qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Müştərək travma, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin açıq yaraları diaqnozları təyin olunan şəxslərə zəruri ilkin tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslər Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə olunublar”, – deyə məlumatda bildirilir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki