Əmək bazarında hansı ixtisaslara tələbat azalıb? – Abituriyentlərin nəzərinə

image-ixtissasbackend

Ali təhsil müəssisələrinə ixtisas seçiminə az qalıb. Abituriyentlər və onların valideyinləri həyəcan içindədirlər. İxtisas seçimi abituriyentin həyatında atdığı ilk pillədir. Bu pillə nə qədər möhkəm olarsa, yol bir o qədər uğurlu olar. Günümüzdə yeni ixtisaslar durmadan artır, dövr dəyişir bəzi ixtisaslar artıq öz fəaliyyətini əmək bazarında itirir.

Bəs hansı ixtisaslara bu gün tələbat azdır?

newsbaku.aza verilən məlumata əsasən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən əmək bazarının ehtiyaclarının qiymətləndirilməsi, prioritet peşə və ixtisasların müəyyənləşdirilməsi məqsədilə aparılan təhlillər göstərir ki, ali təhsil müəssisələrinin müxtəlif ixtisaslar üzrə məzunlarının məşğulluq səviyyəsində ciddi fərqlər mövcuddur. Bu fərqlilik texnoloji inkişaf, yaşıl iqtisadiyyata keçid və sosial-iqtisadi dəyişikliklərlə əlaqələndirilir.

Tələbatın az olduğu ixtisas istiqamətləri aşağıdakılardır:

Təhsil sahəsindəki ixtisalara plan yerləri çox olsa da, məşğulluq göstəriciləri zəifdir. Xüsusilə Məktəbəqədər təhsil kimi sahələrdə məzunların iş tapmaq imkanları məhduddur. Bu, əmək bazarının real tələbləri ilə uyğunluğun zəif olması ilə bağlıdır.
Səhiyyə, rifah və xidmət sahələrindəki bəzi ixtisasların məşğulluq göstəriciləri aşağıdır. Bu, həm sahənin spesifikliyi, həm də iş imkanlarının məhdudluğu ilə izah olunur.
Mədəniyyət və incəsənət sahəsi istiqamətində məşğulluq göstəricilərinin aşağı olması, sahənin kommersiya potensialının zəif olması və məhdud iş imkanları ilə bağlıdır.
Bu istiqamətlər üzrə tələbatın az olması göstərir ki, yalnız təhsil almaq kifayət deyil – əmək bazarına uğurla daxil olmaq üçün şəxsi bacarıqlar, səriştələr və sahəyə uyğun praktiki təcrübə də vacibdir.

Ortaya belə bir sual çıxır ki, gələcəkdə bu peşələrə maraq yenidən arta bilər mi?

Məşğulluq göstəricisi aşağı olan ixtisaslara gələcəkdə marağın artması mümkündür. Lakin bu, bir neçə əsas amildən asılıdır. Onlardan biri texnoloji inkişafdır. Yeni texnologiyaların tətbiqi bəzi ənənəvi sahələrdə yeni bacarıqlara ehtiyac yarada bilər. Bu da həmin sahələrə marağı artıra bilər. Sosial-iqtisadi dəyişikliklər yəni iqtisadi və sosial dəyişikliklər bəzi sahələrin aktuallığını artıraraq, həmin ixtisaslara olan tələbi yüksəldə bilər. Həmçinin təhsil proqramlarının yenilənməsi, işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi və peşə yönümlü təlimlərin təşkili bu sahələrə marağı stimullaşdıra bilər. Yaşıl iqtisadiyyat və yeni prioritetlər ətraf mühitin qorunması, sosial rifah və xidmət sahələrinin inkişafına səbəb ola bilər ki, bu da bəzi ixtisaslara marağın artmasına səbəb ola bilər.

Nuranə Məmmədova
newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki