Qazaxıstanın Almatı vilayətində atom elektrik stansiyasının (AES) tikintisi layihəsinə start verilib və layihənin bünövrəsi qoyulub.
Bu barədə newsbaku.az Qazaxıstan KİV-ə istinadən xəbər verir.
Mərasimdə rəsmi şəxslər, Qazaxıstan və Rusiya KİV, həmçinin yaxınlığında AES-in tikintisinə başlanılacaq Ulken kəndinin sakinləri iştirak ediblər.
Təntənəli mərasimdə çıxış edən Atom Enerjisi Agentliyinin sədri Əlmasadam Satkaliyev qeyd edib ki, layihənin həyata keçirilməsi Qazaxıstana yüksəkixtisaslı mütəxəssislərin yeni nəslini formalaşdırmağa, elmi-tədqiqat bazasını gücləndirməyə, təhsil və texnoloji sıçrayış üçün şərait yaratmağa imkan verəcək.
“AES strateji layihəyə, nüvə sənayesinin, regional infrastrukturun, sənaye-innovativ tərəqqinin və uzunmüddətli iqtisadi artımın inkişafı üçün əsas drayverə çevriləcək”, – deyə Satkaliyev bildirib.
Eyni zamanda, o əlavə edib ki, AES-in tikintisi layihəsi geniş ictimaiyyətin dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, qazma qurğuları ilk qrunt nümunələrini götürəcək. Nümunələrin olduğu kapsul araşdırma aparılması üçün Rusiya tərəfinə təhvil veriləcək.
newsbaku.az