Ağstafada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
newsbaku.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Köşəsgər kəndi yolunda qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı daşa çırpılıb.
Qəza zamanı dörd nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
newsbaku.az