Azərbaycanda qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı bir milyonu keçib

image-rtblbghkua1ljuz6pejreqb5e71dz9s3yblqhyuq_1200backend

“Azərbaycanda qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı bir milyonu keçib”.

newsbaku.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 470 minə yaxın və ya 87% artıb:

“Ümumi əmək müqavilələrinin 55%-ə yaxını bu sektorun payına düşür”.

M.Cabbarovun sözlərinə görə, bu əhəmiyyətli nəticələrin əldə edilməsində iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması ilə yanaşı, əməkhaqlarının “ağardılması” və qeyri-neft sektorunda məşğulluğun artırılmasına yönələn və yeddiillik güzəştlərə əsaslanan vergi islahatları da həlledici rol oynayıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki