Avropa çempionatının qrup mərhələsinə yekun vuruldu

image-7wr2ztf3cksahc5hfa6pdtiexjve7lqzrr1j4ebc_1200-1backend

Basketbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

newsbaku.az xəbər verir ki, ən böyük sensasiya hazırkı çempion İspaniya millisinin pley-off mərhələsinə çıxa bilməməsidir.

İspanlar son turun oyununda Yunanıstan millisinə məğlub olaraq qrupda 5-ci yeri tutublar.

Beləliklə Avropa çempionatının 1/8 final oyunlarının bütün iştirakçıları müəyyənləşib.

Almaniya – Portuqaliya, Litva – Latviya, Türkiyə – İsveç, Serbiya – Finlandiya, Yunanıstan – İsrail, Polşa – Bosniya və Herseqovina, İtaliya – Sloveniya, Fransa – Gürcüstan.

Qeyd edək ki, 1/8 finalın oyunları sentyabrın 6 və 7-də keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi

Dünən keçirilən oyunların nəticələri

Fransa – İslandiya 114:74;

Bosniya və Herseqovina – Gürcüstan 84:76;

İsrail – Sloveniya 96:106;

İtaliya – Kipr 89:54;

İspaniya – Yunanıstan 86:90;

Polşa – Belçika 69:70.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki