Günəşdə partlayış baş verib

image-6-1024x576backend

Sentyabrın 5-də səhər saatlarında Günəşdə partlayış qeydə alınıb.

newsbaku.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Sentyabrın 5-də Bakı vaxtı ilə saat 5:15-də 4207 (N28E00) Günəş ləkələri qrupunda rentgen diapazonunda 13 dəqiqə davam edən M1.4 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu Günəş aktivliyində artımın başa çatdığını və partlayış vəziyyətinin sürətlə normallaşdığını bildirmişdilər.

Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki