Lionel Messi dubl etdiyi görüşdən əvvəl gözyaşlarını saxlaya bilmədi: Son oyununa çıxdı?

image-gettyimages-1232837085-e1626270312218backend

empionatının 2026-cı il üçün seçmə mərhələsi çərçivəsində Argentina yığması doğma meydanda Venesuela millisini qəbul edib və 3:0 hesablı inamlı qələbə qazanıb.

newsbaku.az xəbər verir ki, oyunun əsas qəhrəmanlarından biri Lionel Messi olub.

Ulduz futbolçu bu görüşdə iki dəfə rəqib qapısına yol tapıb. O, hətta het-trik edə bilərdi, amma vurduğu üçüncü qol hakim tərəfindən qeydə alınmayıb.

Qarşılaşma, həmçinin Messinin milli komandadakı karyerası baxımından simvolik əhəmiyyət daşıyıb. Bəzi iddialara görə, bu, ulduz futbolçunun Argentina azarkeşləri önündə son matçı ola bilər. Azarkeşlər tribunada “Hər şey üçün çox sağ ol, mənim kapitanım” yazılı banner açıblar.

O, “TyC Sports”a açıqlamasında gələcək planları ilə bağlı dəqiq qərar vermədiyini bildirib:

“Mən hələ qərar verməmişəm. Həyəcan və səbirsizlik içindəyəm. Addım-addım irəliləyirəm”.

Qeyd edək ki, Argentina yığması hazırda seçmə mərhələdə 38 xalla turnir cədvəlinə başçılıq edir və artıq birinci yeri təmin edib.

newsbaku.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki