Xızıda 36 yaşlı kişinin üzərinə darvaza aşdı, xəstəxanada öldü

image-2bc8464c70881fbf18939bf76545a911backend

Xızı rayonunda 36 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

newsbaku.az Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Sitalçay qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ceyhun Qəzənfər oğlu Həsənov yaşadığı evin həyətində iş görərkən həyətin giriş darvazası onun üzərinə aşıb. Qonşuların köməyi ilə C.Həsənov Sumqayıt Tibb Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki