Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
newsbaku.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə avqustun 1-i, saat 19:20-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə altı nəfər (üçü qadın cinsli, üçü kişi cinsli) hospitalizasiya olunub.
“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”,- deyə məlumatda bildirilir.
newsbaku.az