Gəncədə evdə yanğın olub: Zəhərlənənlər var

image-oipbackend

Gəncə şəhərində dördotaqlı evdə yanğın olub.

newsbaku.az “Report”a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunublar və yanğın söndürülüb.

Hadisə nəticəsində evdə olan 1955-ci il təvəllüdlü Ə.Məmmədov və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü V.Məmmədova tüstüdən zəhərləniblər.

Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki