Avqustda işğaldan azad olunmuş ərazilərə neçə ailə köçürülüb?

image-2wnbq3xxteuk6h3vakieghvyhn5ukol5pn806lyx_1200backend

Cari ilin avqust ayında işğaldan azad olunmuş ərazilərə 266 ailə, yəni 963 nəfər köçürülüb.

newsbaku.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat verib.

Köç prosesi Xocalının Ballıca, Xanyurdu, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə, həmçinin Ağdamın Xıdırlı kəndinə həyata keçirilib.

Qeyd edilib ki, Qarabağa köçürülən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki