Rusiya Milli Qvardiyası Moskvanın mərkəzində yerləşən hostellərdən birində miqrasiya qanunlarını pozmaqda şübhəli bilinən 300 nəfəri saxlayıb.
newsbaku.az-ın xəbərinə görə, bu barədə TASS-a Rusiya Milli Qvardiyasının şəhər üzrə baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.
“300 vətəndaş miqrasiya qanunlarını pozmaqda şübhəli bilinərək saxlanılıb və əlavə araşdırma üçün polis şöbəsinə aparılıb”, – deyə agentliyin mənbəsi bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya İstintaq Komitəsinin hərbi istintaq idarəsinin əməkdaşları Rusiya Milli Qvardiyasının Moskva üzrə baş idarəsinin “Avanqard” OMON (Rusiyada polislərin xüsusi təyinatlı dəstəsi) döyüşçülərinin güclü dəstəyi ilə paytaxtın mərkəzində yerləşən hosteldə miqrasiya qanunlarının pozulması faktlarını müəyyən etmək üçün reyd keçirib. Agentliyin həmsöhbətinin verdiyi məlumata görə, xüsusi tədbir zamanı hosteldə yaşayan 400 əcnəbi vətəndaşın miqrasiya kartları, pasportları və iş patentləri yoxlanılıb.
newsbaku.az