Rusiyanın “Spartak Moskva” futbol klubunun təmsilçiləri “Beşiktaş”ın yarımmüdafiəçisi Jedson Fernandeşin transferini bitirmək üçün İstanbula gəliblər.
newsbaku.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat verib.
Bundan əvvəl mətbuat yazırdı ki, Moskva və İstanbul klubları şifahi şəkildə razılaşıblar.
Fernandeş “Beşiktaş”a 2022-ci ilin yayında keçib. Bu dövr ərzində portuqaliyalı yarımmüdafiəçi “qara qartallar”ın heyətində 131 oyun (bütün turnirlərdə) keçirib, 18 qol vurub və 16 məhsuldar ötürmə edib.
Rusiya Premyer Liqasının ilk iki turunun ardından “Spartak” aktivinə 3 xal yazdıraraq 10-cu yerdə qərarlaşıb.
newsbaku.az