Çinə nəzarət üçün strateji təklif – ABŞ Rusiyanın adalarını ala bilər

image-olkhon-islandbackend

Amerikalı polkovnik-leytenant Cefri Frits ABŞ hakimiyyətinə Çinin bölgədəki hərəkətlərini izləmək üçün Rusiyadan 15 milyard dollara Komandor adalarını satın almağı təklif edib.

newsbaku.az xəbər verir ki, bu barədə hərbçi “Breaking Defence” nəşri üçün yazdığı məqalədə qeyd olunub.

Frits bildirib ki, Komandor adaları Çinin Tsyanqeçjuan hərbi dəniz bazasından Arktikaya qədər potensial marşrut boyunca yerləşir. Zabitin sözlərinə görə, ABŞ bu potensial sövdələşmənin bir hissəsi kimi təkcə adaları deyil, həm də onların ətrafındakı eksklüziv iqtisadi zonanı, təbii ehtiyatları və infrastrukturu almalıdır. Belə bir satınalma sayəsində ölkənin eksklüziv iqtisadi zonası 3.8% artacaq.

Frits Komandor adalarının, məsələn, Alyaska əyalətinin bir hissəsi ola biləcəyini təxmin edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki