Nazir: “Şuşadakı peşə təhsil mərkəzi gələn il istifadəyə veriləcək”

image-izobrazhenie_2025-07-30_105820190backend

“2026-cı ilin sentyabrında Şuşa şəhərində peşə təhsil mərkəzi istifadəyə veriləcək”.

newsbaku.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində deyib.

O bildirib ki, bu il, həmçinin, Lənkəranda da yeni peşə təhsil mərkəzi açılacaq.

Nazir qeyd edib ki, Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə peşə təhsil mərkəzləri yaradılması planlaşdırılır:

“Füzuli və Şuşada mövcud peşə təhsil mərkəzləri bərpa olunacaq və yeni peşə təhsil mərkəzləri yaradılacaq. Şuşa şəhərində yerləşən peşə təhsil mərkəzi yenidən bərpa olunaraq gələn ilin sentyabrında istifadəyə veriləcək. Füzulidə olan peşə məktəbi isə 2027-ci ildə açılacaq. Həmçinin Ağdamda yeni peşə təhsil liseyinin açılması istiqamətində işlərə başlanılıb”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki