Dortmund “Borussiya”sı İngiltərə təmsilçisi “Arsenal”ın yarımmüdafiəçisi Leandro Trossarı transfer etməkdə maraqlıdır.
newsbaku.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
30 yaşlı belçikalının “Arsenal”dakı gələcəyinin qeyri-müəyyən olduğu bildirilib. Futbolçu ilə adları açıqlanmayan daha iki ingilis klubu maraqlanır.
Qeyd edək ki, Trossar 2024/2025 mövsümündə “Arsenal”ın heyətində bütün turnirlərdə 56 matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.
“Transfermarkt” futbolçunun transfer dəyərini 22 milyon avro qiymətləndirir.