Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
newsbaku.az-ın məlumatına görə, hadisə rayonun Muxax kəndi ərazisində baş verib.
Kənd sakini, 1966-cı il təvəllüdlü Südabə Mürsaliyevanı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanıb, araşdırma aparılır.
newsbaku.az