Zaqatalada iki avtomobil toquşub, ölən və xəsarət alanlar var.
newsbaku.az “Qafqazinfo”-a istinadən aldığı məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, hadisə zamanı üç nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
newsbaku.az