Nepalın paytaxtı Katmanduda etirazçılarla polis arasında baş verən toqquşmalarda ölənlərin sayı 14-ə çatıb.
newsbaku.az xəbər verir ki, bu barədə “Nepal News” xəbər portalı məlumat yayıb.
Onlarla yaralı Katmandudakı xəstəxanalara yerləşdirilib.
Xatırladaq ki, Katmanduda parlament binası yaxınlığında, hökumətin ötən həftə ölkədə sosial şəbəkələrin və mesencerlərin fəaliyyətinin məhdudlaşdırılmasına, habelə korrupsiyaya qarşı elan etdiyi qərara etiraz edən minlərlə nümayişçinin iştirakı ilə “Z nəslinin inqilabı” adlı aksiya keçirilib.
Etirazçılar maneələri aşaraq parlament binasına daxil olublar. Nümayişçilər ilə polis arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından, gözyaşardıcı qazdan istifadə edib, həmçinin atəş açıblar. Hakimiyyət parlamentin ərazisində və paytaxtın digər mühüm yerlərində komendant saatı tətbiq edib. Nepalın Katmandudan başqa, sosial şəbəkələrə qoyulan qadağaya qarşı etiraz aksiyaları daha bir neçə böyük şəhərdə keçirilib.
Sentyabrın 4-də Nepal hökuməti müəyyən olunmuş müddətdə ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən “WhatsApp”, həmçinin “Facebook” və “Instagram” və digər iri sosial şəbəkələrə qadağa qoyub.
newsbaku.az