ABŞ-nin Florida ştatında Ki-Larqo adası sahillərində 8 yaşlı uşağı snorklinq (suyun altında üzmə) zamanı köpəkbalığı dişləyib.
newsbaku.az-ın xəbərinə görə, bu barədə “CBS News” kanalı məlumat verib.
Monro dairəsi şerifinin ofisinin məlumatına görə, uşaq helikopterlə təcili Mayamidəki Cekson Memorial Xəstəxanasında Rayder travmatoloji mərkəzinə aparılıb.
Səlahiyyətlilər, həmçinin bildiriblər ki, ABŞ Sahil Mühafizəsi və Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyası hücumla bağlı məlumatlandırılıb.
newsbaku.az