Azərbaycan XİN Portuqaliyaya başsağlığı verib

image-14672085201742759288_1000x669backend

Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyaya başsağlığı verib.

newsbaku.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

“Lissabonda Qloriya xəttində baş vermiş faciəli funikulyor qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”, – deyə paylaşımda qeyd olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki