İsveçin baş naziri ölkənin NATO-ya qəbulu ilə bağlı sənədləri hava limanının tualetində unudub

image-wfeybjqeitjrpklnwsk5cbtex5jba6mcy2vsejys_1200backend

İsveçin Baş naziri Ulf Kristersson ölkənin 2022-ci ildə Şimali Atlantika Alyansına (NATO) qəbulu ilə bağlı sənədlərin olduğu qovluğu Stokholm-Arlanda Beynəlxalq Hava Limanında unudub.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Dagens Nyheter” məlumat yayıb.

“Ulf Kristerssonun Türkiyəyə səfərindən sonra baş nazirin məxfi sənədləri olan qovluğunun bir nüsxəsi Arlanda hava limanında qalıb”, – deyə məqalədə qeyd olunub.

Nəşrin məlumatına görə, təmizlikçi xanım qovluğu hava limanının tualetində tapıb. Orada İsveçin NATO-ya qoşulması ilə bağlı Türkiyə ilə aparılan danışıqlara dair məlumatlar olub. İsveç hakimiyyəti materialların məxfi olmadığını iddia edir.

Xatırladaq ki, İsveç 2024-cü il martın 7-də NATO-ya üzv olub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki