ABŞ kəşfiyyatı qarşıdakı beş il ərzində müharibə riskinin olduğu regionları açıqlayıb

image-cdc5d1h2wzmno22w4bchexmitpobwmimy8jp9j8p_1200backend

ABŞ kəşfiyyatı və ekspertləri növbəti beş ildə lokal böhranların qlobal nəticələrlə müharibələrə çevrilə biləcəyi bir neçə region olduğunu proqnozlaşdırırlar.

newsbaku.az bu barədə “Politico” nəşrinə istinadla xəbər verir.

Məqalə müəllifləri Hindistan və Pakistanı nüvə münaqişəsinə əsas namizədlər hesab edirlər.

Çin eyni vaxtda iki potensial münaqişəyə cəlb oluna bilər. Müəlliflərin fikrincə, Tayvan ssenarisi beynəlxalq sistem üçün dönüş nöqtəsi olacaq. İkinci mümkün qaynar ocaq isə Hindistanla müstəmləkə dövründən qaynaqlanan sərhəd münaqişəsidir.

Qərb ekspertləri Rusiyanın Baltikyanı ölkələrə hipotetik hücumunu da risklər sırasına daxil edir ki, bu, NATO-nu sınaqdan keçirəcək.

Analitiklər bildirirlər ki, Şimali Koreyada Kim Çen In rejiminin qeyri-sabitliyi və nüvə silahına güvənməsi böhranın proqnozlaşdırılmasını çətinləşdirir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki