Həkim ağcaqanadlarla bağlı müraciət etdi: Bu hal baş verərsə…

image-anopheles_albimanus_mosquitobackend

“Ağcaqanadla yayılan “çikinqunya” virusu təhlükə mənbəyidir. Ölkəmizdə ağcaqanad vasitəsilə ötürülən viruslara qarşı tədbirlər həyata keçirilir. Baş vermiş hadisə artıq gerçəklikdir və belə hallarda insanlar bu vəziyyətin narahatlığını açıq şəkildə hiss etməyə başlayırlar. Bu kimi durumlarda vacib olan, problemi görməzdən gəlmək deyil, vaxtında düzgün addım atmaqdır”.

newsbaku.az Demokrat.az-a istinadən xəbər verir.

Bu barədə həkim, terapevt Günay Lətifova açıqlamasında bildirib.

O diqqətə çatdırıb ki, hər hansı bir narahatlıq hiss edən şəxslər bunu gecikdirmədən həkimə getməlidir:

“Çünki erkən müraciət həm diaqnostika, həm də müalicə baxımından daha effektiv nəticə verir. Əgər həkimə birbaşa müraciət etmək mümkün deyilsə, ən azından ərazi üzrə poliklinikaya, yaxın aptekə və ya ailə həkiminə yönəlmək tövsiyə olunur. Bu mütəxəssislər ilkin qiymətləndirmə apararaq, lazımi istiqamətə yönləndirə bilirlər. Ağcaqanadlar vasitəsilə yayılan viruslar yeni hal deyil tarixən belə hallar müşahidə olunub. Ağcaqanadlar natəmiz sahələrdə, mikroblarla zəngin yerlərdə qidalanır.  Bu səbəbdən onların insan dərisinə toxunması və ya yumurta qoyması müxtəlif viruslara yol açır. Bu kimi viruslardan qorunmanın əsas yolu gigiyenaya diqqət yetirmək, sağlam qidalanma və ehtiyat tədbirləridir. Unutmayaq ki, profilaktika müalicədən daha önəmlidir”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki