Gəncə şəhərində yeniyetmənin qətli ilə bağlı bəzi təfərrüat məlum olub.
newsbaku.az xəbər verir ki, hadisə ötən gün şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb.
Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Arif Hətəmovun qətlə yetirilən Tunar Məmmədova 10 manat borcu olub.
Bu pula görə tərəflər arasında bir neçə dəfə mübahisə yaranıb. Lakin hadisədən əvvəl A.Hətəmov 10 manat borcunu qaytarıb. Daha sonra A.Hətəmov Tunar Məmmədovu şəhərin Natavan qəsəbəsində yerləşən dəmiryolu xəttinin yaxınlığına söhbət etmək üçün çağırıb. Bu zaman yenidən tərəflər arasında mübahisə yaranıb. Bu zaman A.Hətəmov özü ilə gətirdiyi bıçaqla T.Məmmədovu vurub. Bıçaq xəsarəti alan yeniyetmə dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hər iki yeniyetmə dost olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
newsbaku.az