Misli Premyer Liqası: “Zirə” “Araz-Naxçıvan”a qarşı

image-1200-1backend

Bu gün Misli Premyer Liqasında yeni mövsümün I turuna yekun vurulacaq.

newsbaku.az xəbər verir ki, son oyun günündə “Zirə” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.

Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, turun digər oyunlarında “Sumqayıt” “Kəpəz”i 3:0, “Turan Tovuz” “İmişli”ni 1:0 hesabı ilə məğlub edib. “Neftçi”- “Şamaxı”, “Karvan-Yevlax” – “Qəbələ” matçları isə 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Qarabağ” – “Sabah” matçı “köhlən atlar”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki çıxışı səbəbindən təxirə salınıb.

19 avqust

Misli Premyer Liqası

I tur

Saat 20:00, “Zirə” – “Araz-Naxçıvan”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki