Lənkəranda bədbəxt hadisə: Gənc oğlan göldə boğularaq öldü

image-fhn_xilasedici_1200backend

Lənkəranda bədbəxt hadisə nəticəsində gənc oğlan göldə boğularaq ölüb.

newsbaku.az  xəbər verir ki, hadisə rayonun Tükəvilə kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov sahələri suvarmaq üçün süni gölün ətrafına gedib. Bu zaman onun ehtiyatsızlıqdan ayağı sürüşüb və gölə düşüb.

Göldə su çox olduğundan o boğularaq ölüb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki