Ümumdünya Çoxmərtəbələrdə Şaquli Qaçış üzrə Assosiasiya (TWA) Dünya Turuna yeni ölkənin – Azərbaycanın qoşulduğunu bəyan edib.
newsbaku.az xəbər verir ki, qurum sentyabrın 28-də Bakıda “Flame Towers”də keçiriləcək “SkyWinD” turnirindən bəhs edib.
“Bakının “Triterra” triatlon klubu tərəfindən təşkil edilən “SkyWinD” yarışı sentyabrın 28-də Bakının məşhur “Flame Towers” qüllələrindən birində keçiriləcək. Beynəlxalq qaçışçıları və bu tədbir üçün qeydiyyatdan keçən bütün idmançıları salamlayırıq”, – deyə TWA tərəfindən bildirilib.
Qeyd edək ki, yarış iştirakçıları 32 mərtəbəni qət etməli olacaqlar. Turnir 60 əmsallıq xal sistemi ilə keçiriləcək.
newsbaku.az