Kayl Uokerdən Qari Linikerə: “Mənim altı titulum var. Bəs sənin nəyin var?”

image-xbfprszioownm1phzrtvy2o0er2gfwmhpqqqkreu_1200backend

“Mançester Siti”nin sabiq müdafiəçisi və kapitanı Kayl Uoker İngiltərə millisinin keçmiş hücumçusu Qari Linekerin tənqidlərinə münasibət bildirib.

newsbaku.az “The Telegraph” nəşrinə istinadən xəbər verir.

“Qari Linekerin 2017-ci ildə “Mançester Siti” ilə müqavilə imzalamağıma reaksiyasını xatırlayıram. Bilmirəm, onlar mənim üçün 50 milyon funt ödəmişdilər, yoxsa 54 milyon. O vaxt demişdi ki, görəsən o, 50 milyon funta layiq oyun göstərəcək?”, – deyə Uoker xatırlayıb.

“Siti”nin sabiq müdafiəçisi bildirib ki, hazırda Qari ilə çox yaxşı münasibətdədirlər və o, sözlərinə görə üzr istəyib: “İndi geriyə baxıb düşünürəm: yaxşı, mənim altı Premyer Liqa titulum var. Bəs sənin nəyin var?”.

Xatırladaq ki, Lineker İngiltərədə klub səviyyəsində “Lester”, “Everton” və “Tottenhem”də çıxış edib, lakin Premyer Liqanın qalibi olmayıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki