Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib

image-gjs6nyddc2p3sqlx4kpnenr40ygldzy9kp0prvtk_640backend

Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.

newsbaku.az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.

Daha sonra Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dəvə hədiyyə edib.

Tədbirdə çıxış edən Qurbanqulu Berdiməhəmmədov dedi:

– Hörmətli cənablar. Əziz dostlar. Əziz dostum.

Türkmənistan Prezidentinin və bütün türkmən xalqının adından bu sertifikatı qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmək istəyirəm. Biz türkmənlərdə deyirlər ki, “At xalqın dayağıdır”. Türkmənlərin dediyi kimi, “At xoşbəxtlik gətirir”. Atın adı “Taus”dur. Bu ad “Yaşasın Türkmənistan, Azərbaycan, Özbəkistan!” mənasını ifadə edir.

Təşəkkür edirəm.

Prezident İlham Əliyev dedi:

– Əziz qardaşım Qurbanqulu Məlikquliyeviçə bu gözəl hədiyyəyə görə dərin minnətdarlığını bildirmək istəyirəm. “Axaltəkə” atı dünyada məşhurdur, türkmən xalqının, Türkmənistanın milli brendidir. Bütün cahanda gözəl ada layiq olan bir atdır və bu hədiyyə dostluq, qardaşlıq rəmzidir. Onu da deməliyəm ki, bildiyimiz kimi, türkmən və Azərbaycan xalqları qardaş xalqlardır. Eyni zamanda, bizi birləşdirən odur ki, həm türkmənlərin, həm də azərbaycanlıların öz at cinsi var – “Axaltəkə” və Qarabağ. Necə ki, biz qardaşıq, onlar da qardaşdırlar. Bir daha təşəkkür edirəm. Burada gözəl at şousunu bizə nümayiş etdirən igidlərimizə də dərin minnətdarlığımı bildirirəm. Afərin olsun sizə.

image-prwe4hxga3yjbz8nzbcybnni8ragby3s4w0qvfpp_640 image-3xifhmnug22vcgbdz5zptf0fukqzccvykqwyruno_640 image-p7b3fniozgrsocfwbolreu6f2uudnwuubgsi6kl9_640 image-1hxlunipi1eyrzyjski38i1xhk0mejrcfbreuwjj_640 image-di775glu8fs4ow8dslxpv0fnatpswtb2gjmlppy4_640 image-x2pc2ffvihco3utpu49v5rqzhjmmcmell31fj9v5_640 image-nbvreefx8lluegwnes2xpvjfd5e0c6njmawsqfye_640 image-d3m2fscgstw4xdzjrgqv7l6jt7medprxiv0p3f8n_640 image-hllbxkxxfyul7xxjqudzizvobybbfugyjonde7ql_640 image-cslvbnczvlwtrpzfg9tgc9nqy1glehwjgscel07l_640 image-3oeslzsyl2z11amlmodotglv9vegeehpo65s4b9g_640 image-k6a7e22n8qsolkn921sodylidnmf0hdx7ackirpp_640 image-nc9cxjqcsllusaifxcw8nfkaa4zyypuiarvjd3pf_640 image-wrgfzqt29athohlyjfesbfnhms5luiruilaxm427_640 image-gjs6nyddc2p3sqlx4kpnenr40ygldzy9kp0prvtk_640 image-yiwu879cqwptnzv9tsd4tztktnz7ultpwii7icp6_640 image-xbrtopepxvlg5rywnwy8y77qzsiw4wr9gl16jqn2_640 image-6b5wticz9qh4zopv0kx8q4j2fz1sxz6tzhm7zmk0_640 image-jtzlvugquxrytdxk1bpknv9gu105jiuo7fwxrzzu_640 image-ifedbgjfyfkrc8bdlsm8lhyj9aomio5f4av8cq3y_640 image-gynib0bsadgr4vektcxqloeecrerjye70a1beqzc_640

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki