Şəhərimizin mərkəzində müxtəlif markalı avtomobillər görürük. Təbii ki, buna Çin istehsalı olan BYD, Changan, Jetour, Li Auto, Zeekr avtomobillər addir. Bir-iki ay öncəsində daha tez-tez rast gəlinən bu avtomobillər artıq qiymətindən aşağı satılır.Bəs bir zamanlar bu qədər tələbat nəyə idi? İnsanlar niyə avtomobillərini dəyişir?
Bu barədə newsbaku.az-a acıqlama verən nəqliyyat eksperti Aslan Əsədov:
“Həmişə yeni məhsul hər bir kəsə cəlbedici gəlir. Həmçinin avtomobillərdə reklam olunduğu zaman avtomobil həvəskarlarına maraqlı gəlir. Azərbaycanda bu avtomobillərin qiymətə minməsi, əsasən dizel və benzinə kifayət qədər tələbatın az olmasıdır.
Tədricən gözləntilər çox idi, çünki yüksək manevrliliyi, qənaətçiliyi, əl çatanlılığı əhalinin əksər hissəsində maraq oyatmışdı. Sonda isə ümidləri doğrultmayan avtomobillər ya qiymətindən aşağı satılmağa ya da dəyişdirilməyə məcbur qaldı. Buna əsas səbəb ehtiyat hissələrinin baha olması, ölkəmizə gec gətirilməsi oldu”, – deyə bildirdi.
Nuranə Məmmədova
newsbaku.az