Vilnüs hava limanına son iki gün ərzində ikinci dəfə bomba təhlükəsi ilə bağlı anonim zəng daxil olub.
newsbaku.az repot-a istinadən xəbər verir ki, bu barədə LRT portalı yazıb.
“Dünən axşam rus dilində danışan bir kişi məlumat mərkəzinə zəng edərək, tezliklə işə düşəcək partlayıcı qurğu quraşdırdığını bildirib. Polis təhlükəsizlik xidmətləri ilə birlikdə hava limanını diqqətlə yoxlayıb, lakin heç bir partlayıcı maddə və ya şübhəli əşya aşkar edilməyib”, – hava limanının mətbuat xidmətindən bildirilib.
Zəng edənin şəxsiyyəti hələ müəyyən edilməyib. Litvada ictimai təhlükəsizliyə təhdid və ya fövqəladə vəziyyət barədə yalan məlumat vermək ictimai işlərə cəlb edilmə, cərimələnmə və bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırı
newsbaku.az