Tramp-Zelenski görüşünün PƏRDƏARXASI MƏQAMLARI: Kim qazandı?

image-1200-1backend

Dünən Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında görüş baş tutdu. Tramp-Zelenski dialoqu çoxsaylı sualların səbəb olduğu qaranlıq məqamlarla yadda qaldı.

Bəs görəsən, bu görüşdən hansı nəticəni hasil edə bilərik?

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı danışıb.

image-640-1

O qeyd edib ki, tərəflər mövcud situasiyanı dondurmaq istəyirlər:

“Bu, Rusiyanın şərtsiz razılığı ilə baş vermir. Moskva istəyir ki, hərbi əməliyyatların dayandırılması, sadəcə, atəşkəslə yekunlaşmasın, hansısa siyasi nəticə əldə edilsin və bu, müəyyən sənədlə rəsmiləşdirilsin. Ukrayna isə belə bir ssenariyə qarşı çıxır. Kiyev hesab edir ki, işğal altında olan ərazilərin mövcud vəziyyətini siyasi razılaşma ilə təsdiqləmək yolverilməzdir. Konstitusiyaya zidd olan statusların tanınması Ukrayna üçün qəbuledilməzdir”.

T.Zülfüqarovun sözlərinə görə, Rusiya çalışacaq ki, danışıqlar nəticəsində əldə edilən istənilən razılaşmanı öz ictimaiyyətinə “qələbə” kimi təqdim etsin:

“Çünki Moskva müharibənin əvvəlində planlaşdırdığı kimi, Kiyevi qısa müddətdə ələ keçirə bilmədi, indi isə cəbhədə əldə etdiyi mövqeləri siyasi uğur kimi göstərməyə çalışır.

Eyni zamanda, Ukrayna tərəfi də öz mövqeyini “güclü rəqibə qarşı dözüb dövlətimizi müdafiə etdik, ərazi bütövlüyünü bərpa etmək hədəfimizdən dönməmişik” mesajı ilə əsaslandıracaq. Bu baxımdan, müharibə hələ bitmiş hesab edilmir, baş verənlər, sadəcə, müvəqqəti fasilədir”.

Ekspertin fikrincə, yekunda hər iki tərəf danışıqlardan qalib kimi çıxmağa çalışacaq:

“Qəbul ediləcək istənilən qərar həm Rusiya, həm də Ukrayna cəmiyyətində suallar doğuracaq: “Nə qazandıq, nə itirdik?” Bu isə siyasi rəhbərliklərin üzərinə əlavə məsuliyyət qoyur”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki