Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

image-editor_84b75eae596c54a9b4ea676f5728aa2e_5rvx7z19skqg2f34oanl-768x403backend

Əməkdar mühəndis Mətləb Quliyev vəfat edib.

newsbaku.az  xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Qeyd edək ki, Mətləb Hüseyn oğlu Quliyev uzun illər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində şöbə müdiri vəzifəsində çalışıb. O, həm də qurumun Elmi-Texniki Şurasının üzvü olub.

M.Quliyev su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2016-cı ildə isə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki