Paşinyan: “Ermənistan nəzarət-buraxılış məntəqələrində yoxlama prosedurlarını sadələşdirəcək”

image-1200-1backend

“Ermənistan özünün bütün nəzarət-buraxılış məntəqələrində, o cümlədən Ermənistan-Azərbaycan keçid məntəqələrində sərhəd yoxlaması prosedurlarını sadələşdirəcək”.

newsbaku.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində Vaşinqtondakı razılaşmalar çərçivəsində kommunikasiyaların blokdan çıxarılması məsələsinə toxunaraq deyib.

O xatırladıb ki, Vaşinqton Bəyannaməsində bu sazişin əsaslandığı beş prinsip aydın şəkildə göstərilib: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq.

“Biz təkcə Ermənistan-Azərbaycan sərhəd məntəqələrində deyil, həm də bütün sərhəd məntəqələrimizdə sadələşdirmələrə gedəcəyik ki, biznes mühitini – ixrac, idxal, tranziti mümkün qədər sadələşdirək. Bu, istənilən halda biznesin aparılması üçün ən münasib və vacib mühitdir”, – deyə Nikol Paşinyan bildirib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki