Nikol Paşinyan: “Ermənistan-ABŞ şirkəti ancaq Zəngəzurdan keçən yolu, sadəcə, idarə edəcək”

image-1200-1backend

“Ermənistan-ABŞ şirkəti Zəngəzurdan keçən yola nəzarət etməyəcək, sadəcə, onu idarə edəcək”.

newsbaku.az-ın “Armenia Today” “Telegram” kanalına istinadən verdiyi məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, bu marşrutda biznes idarəetməsi həyata keçiriləcək.

Nazirlər Kabinetinin rəhbəri ABŞ-nin nəzarəti altında olacaq yoldan İran yük maşınlarının keçməsi ehtimalı ilə bağlı məsələyə münasibət bildirib və hazırda Ermənistanın digər ərazilərində Rusiyanın konsessiya əsasında idarə etdiyi dəmir yoluna dair təcrübəni xatırladıb.

O, dəmir yolunun bir çox erməni yaşayış məntəqələrindən keçdiyini və bu şəraitdə nə Gürcüstan, nə də İran maşınlarının oradan keçərkən heç bir problemlə qarşılaşmadığını vurğulayıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki