Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

image-355257512_646058504226177_9091359356454126118_n_1200backend

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə  agentlikdən məlumat verilib.

Xəbərdarlığa əsasən, avqustun 21-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi avqustun 22-si gündüzədək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2-3 metrə, sonrakı inkişafda 3-5 metrə çatacağı proqnozlaşdırılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki