Nabranda ikimərtəbəli kottec yandı

image-bbackend

Nabranda yanğın hadisəsi baş verib.

newsbaku.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonunun Nabran kəndində ümumi sahəsi 500 m² (hər mərtəbəsi 250 m²) olan ikimərtəbəli taxta və dəmir konstruksiyadan ibarət kottec yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki