Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əhmədov küçəsində KIA markalı, 77-NE-095 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Xəlilov idarəetməni itirərək “Hyundai” markalı, 99-NV-112 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
newsbaku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı E.Xəlilovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə E.Xəlilov 30 gün müddətinə inzibati qaydada həbs edilib.
newsbaku.az