Xaçmazda dostların zarafatı QANLA BİTDİ 

image-dangerous-man-murderer-with-a-knife-on-his-handbackend

Xaçmaz rayonunda küçədə baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

Şəhər sakini, 1972-ci il təvəllüdlü Fərhad Teymur oğlu Əliyevlə 1976-cı il təvəllüdlü Mehrab Məmmədağa oğlu Əskərov uzun illərdir ki, dostuq edirlərmiş. Həmin gün onlar küçədə bir-biri ilə zarafatlaşıblar. Fərhad Əliyevin zarafat etməsində hansısa məqam Mehrab Əsgərovun xoşuna gəlməyib və o, F.Əliyevi söyüb. Söyüşdən əsəbiləşən F.Əliyev dostunu bıçaqlayıb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F.Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki