Dünyada ən çox şəxsi sərvətə malik ölkələrin siyahısı AÇIQLANIB

image-1200-1backend

Dünyanın şəxsi sərvətinin yarıdan çoxu (54%) ABŞ və Çinin payına düşür.

newsbaku.az xəbər verir ki, bu barədə “Global Wealth Report” araşdırma mərkəzinin 2025-ci il üçün hazırladığı hesabatda qeyd olunur.

Hesabata görə, şəxsi sərvətin ümumilikdə Avropaya düşən həcmi 22 faizdir. Avropa İttifaqı ölkələrinin payına düşən şəxsi sərvət payı isə 16.6% təşkil edir.

Avropada Böyük Britaniya qlobal şəxsi sərvətdə ən böyük paya (3.84%) sahibdir. Almaniya isə 3.76% ilə ikinci yerdədir. Fransanın payı 3.3% təşkil edir.

Avropada ilk beşliyi İtaliya (2.25%) və İspaniya (1.95%) tamamlayır.

“Global Wealth Report”un hesabatına əsasən, dünya sərvətinin 92%-dən çoxu 56 ölkə və bazarı əhatə edir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki