Ukrayna İrandan Rusiyaya “Şahed” dronları üçün hissələr daşıyan gəmini vurub

image-izobrazhenie_2025-08-15_120527444backend

Ukrayna ordusu Rusiyanın Həştərxan limanına İrandan “Şahed” pilotsuz uçuş aparatları üçün komplektləşdirici hissələr daşıyan gəmini vurub.

newsbaku.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, liman Rusiya tərəfindən İrandan hərbi sursatların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur.

“Həyata keçirilən əməliyyatın digər nəticələri dəqiqləşdirilir”, – deyə Ukrayna Silahlı Qüvvələrinin məlumatında qeyd olunur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki