Ağdərə rayonunun Vəngli kəndinə çatan sakinlərə açarlar təqdim olunub.
newsbaku.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər
Qeyd edək ki, Vəngli kəndinə ilk mərhələdə 22 ailə (83 nəfər) köçürülüb.
newsbaku.az