Xaçmazda faciəli şəkildə ölən şəxs SAHİBKAR İMİŞ

image-image_940x_689ec87856194backend

Xaçmazda elektrik cərəyanı vuran sahibkar xəstəxanada ölüb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Niyazoba kəndində yerləşən avtomobil təmiri müəssisəsində baş verib.

1966-cı il təvəllüdlü, Xaçmaz şəhər sakini Şahid Qurban oğlu Daşdəmirov kənddə yerləşən ona məxsus avtomobil təmiri müəssisəsinin üzərindən keçən internet naqilləri sallanaraq maşınların keçməsinə maneə yaratdığı üçün elektrik kabelini əli ilə tutub yuxarı qaldırmaq istəyib. Bu vaxt onu elektrik cərəyanı vurub, nəticədə Ş.Daşdəmirov çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki