Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
newsbaku.az xəbər verir ki, hadisə nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilib.
newsbaku.az Oxu.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən fakt təsdiqlənib.
Qeyd edilib ki, hadisə bu gün saat 11:50-də Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 39-cu kilometrliyində qeydə alınıb.
“Xanım sürücünün idarə etdiyi 77-HD-580 dövlət qeydiyyat nişanlı “Hyundai Santa Fe” markalı nəqliyyat vasitəsi Gəncə istiqamətində hərəkətdə olarkən aşıb. Avtomobildə dörd sərnişin olub. Hazırda sürücünün, eyni zamanda ölənlər və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır”, – deyə məlumatda bildirilir.
newsbaku.az