Cəlilabad meşələrində ağaclar qanunsuz olaraq kəsilir?

image-agacbackend

Cəlilabad rayonunda yerləşən meşədə ağacların qanunsuz olaraq kəsilməsi iddia olunur.

newsbaku.az  Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə rayon sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, rayonun Axtaxana kəndi yaxınlığında yerləşən meşə ərazisində ağaclar kütləvi şəkildə kəsilərək, satılır. Həmçinin sakinlər bildiriblər ki, sözügedən ərazi Göytəpə meşəbəyiliyinin 9 saylı dolayında yerləşir.

Qeyd edək ki, əvvəlki illərdə də mətbuatda Cəlilabad meşələrində ağacların qanunsuz olaraq kəsilməsi haqqında məlumatlar paylaşılıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki